"Santen" şirkətinin Azərbaycan üçün Məxfiliyə riayət siyasəti
Məxfiliyə riayət öhdəliklərimiz
Bu saytın (www.santen.az) administratoru «Santen Oy» şirkətidir (burada və bundan sonra — «Santen» və ya «Santen Oy»). Bu saytda ziyarətçilər (burada və bundan sonra - "siz" və ya "saytın istifadəçisi") «Santen» şirkətinin fəaliyyəti haqqında ümumi məlumatı ala bilərlər (daha ətraflı məlumat üçün aşağıya bax).
“Santen Oy” şirkəti Azərbaycanda yerli Nümayəndəlik Ofisi, Santen Oy şirkətnin Azərbaycan Respublikasındakı nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir. Siyasətdə təsvir edilmiş qaydada Santen Oy şirkəti tərəfindən fiziki şəxslərə dair toplanılan istənilən və bütün fərdi məlumatın toplanılması Santen Oy şirkəti tərəfindən məxfiliyin qorunması və ticarət sirri haqqında tətbiq edilən qanunvericiliyə və məlumatın məxfiliyinə dair qanunvericilik aktlarına əsasən bu Siyasətdə təsvir edilmiş qaydada həyata keçirilir.
"Santen" şirkəti olaraq biz, qarşılıqlı əlaqədə olduğumuz bütün şəxslərin, eləcə də kənar xidmət təchizatçılarının, xəstələrin, kliniki tədqiqat iştirakçılarının, ictimaiyyət nümayəndələrinin, nəzarət orqanlarının və səhiyyə təşkilatlarının əməkdaşlarının, nümayəndələrinin, səhiyyə işçilərinin və işgüzar tərəfdaşların fərdi məlumatlarının məxfiliyinin əhəmiyyətini başa düşür və ticarət sirri və məxfiliyini qorumaq üçün lazım olan hər şeyi edir.
Giriş
Bu Məxfiliyə riayət siyasətində (burada və bundan sonra - "Siyasət") qarşılıqlı fəaliyyətdə olduğumuz şəxslərin fərdi məlumatlarının "Santen" şirkəti tərəfindən toplanılması, emalı və qorunması proseduru təsvir edilib. Bu Siyasətin məqsədi Sizə bizim saytdan istifadə zamanı və ya şirkətimizlə qarşılıqlı fəaliyyət zamanı məlumatlı qərarların qəbul edilməsində köməklik etməkdir.
Saytımızda fərdi məlumatlarınızı qeyd etmədən və (və ya) elektron formaları doldurmadan əvvəl bu Siyasəti diqqətlə oxumağı tövsiyə edirik. Bizim saytımıza daxil olarkən və ya fərdi məlumatlarınızı bizə bildirərkən fərdi məlumatlarınızın bu Siyasətə uyğun olaraq toplanılması, istifadəsi və açıqlanmasına razılığınızı bildirirsiniz.
Siyasətin tətbiq sahəsi
Bu Siyasət saytımızın istifadəçiləri, "Santen" şirkətinin səhmdarları, "Santen" şirkətilə qarşılıqlı fəaliyyət göstərən ictimaiyyət nümayəndələri, "Santen" məhsullarından istifadə edən xəstələr, "Santen" şirkətinin sponsor olduğu kliniki tədqiqatların iştirakçıları, eləcə də şirkətin işgüzar münasibətlərdə olduğu şəxslərə, məs., təchizatçılar, podratçılar, məsləhətçilər, nəzarət orqanlarının nümayəndələri, təchizatçıların və tərəfdaşların əməkdaşları, agentləri və nümayəndələrinə, eləcə də "Santen" şirkətinin ofislərinin ziyarətçilərinə müvafiq məlumatın verilməsi məqsədilə işlənib hazırlanıb.
Məxfilik siyasəti və məxfilik haqqında digər bildirişlər
This website has been designed with the main function of providing information on the activities of Santen. Therefore, Bu saytın əsas məqsədi - "Santen" şirkətinin fəaliyyəti haqqında məlumatın təqdim edilməsidir. Bu səbəbdən əksər hallarda istifadəçilərin fərdi məlumatlarının toplanılması tələb olunmur.
Saytın bəzi bölmələrində, eləcə də "Karyera" bölməsində, əlaqə məlumatlarının olduğu əsas səhifədə və tibbi sorğular formalarında müvafiq funksiyalarla maraqlanan istifadəçi məlumatların təqdim edilməsi/toplanılması formasını doldurmalıdır. Qeyd edilmiş hallarda istifadəçilər hər zaman öz istəklərinə görə öz məlumatlarını təqdim etmək hüququna malikdirlər. Bu zaman qanunda istifadəçilərin məxfilik haqqında mütləq xəbərdar edilməsi nəzərdə tutulub. Xəbərdarlıqda məlumatlardan və digər informasiyadan istifadə qaydası qeyd edilməlidir. Öz fərdi məlumatlarınızı qeyd etmədən əvvəl sizə bu xəbərdarlıqları diqqətlə oxumağı tövsiyə edirik.
Bundan əlavə bir sıra halda fərdi məlumatların toplanılması başqa məqsədlərlə tələb oluna bilər. Qanuna əsasən informasiya şəffaflığını təmin etmək və istifadəçilərin lazımi qaydada məlumatlandırılması üçün bu, tətbiq edilən qanunla tələb olunan olunan məxfilik haqqında xəbərdarlıqlarda dəqiq qeyd edilməlidir.
Məxfilik haqqında bu cür xəbərdarlıqlar məlumatların toplanılması və onlardan sonrakı istifadəyə dair razılıq da daxil olmaqla istifadəçilərə öz istəklərinə görə razılıq vermək (zəruri hallarda) hüququnu verən məzmunun nəzərə alınması ilə hər xidmət çərçivəsində fərdi məlumatların emalının məhdudiyyətləri və üsullarını müəyyən edirlər.
Aşağıdakı fərdi məlumatların "Santen" şirkəti tərəfindən emalı qaydası haqqında daha ətraflı məlumatı aşağıdakı linklərlə əldə etmək olar:
Santen texnoloji nailiyyətləri, hüquqi və normativ dəyişiklikləri, tətbiq edilən qanuna əsasən Santen-in işgüzar fəaliyyət qaydasını əks etdirmək üçün vaxtaşırı olaraq yuxarıda qeyd edilmiş Siyasətlərə düzəlişlər etmək hüququnu özündə saxlayır. Bu səbəbdən biz, sizə bu Siyasətlərə edilən istənilən dəyişikliklər haqqında məlumatlı olmağınız üçün vaxtaşırı olaraq veb-saytı ziyarət etməyinizi tövsiyə edirik.
Şirkətin topladığı fərdi məlumatla
Biz sizin aşağıdakı fərdi məlumatlarınızı toplaya və emal edə bilərik
- Ümumi məlumatlar, məs., ad və soyad, poçt ünvanı və (və ya) elektron poçt ünvanı, telefon nömrəsi, doğum tarixi və digər məlumat, foto şəkillər və təsvirlərin rəqəmsal formatı, ünsiyyət ayarlarınız; "Santen" şirkətinə göndərdiyiniz sorğular və s.;
- Peşəkar fəaliyyətinizə aid məlumatlar, məs., iş poçt ünvanınız və elektron poçt ünvanınız, iş telefonlarının nömrələri, vəzifənin adı/peşə; təhsil, peşə ixtisası, iş təcrübəsi, müxtəlif təşkilatlardakı üzvlük, peşəkar şəbəkələr, proqramlar və tədbirlərdə iştirak haqqında məlumatlar;
- Eyniləşdirmə məlumatları ("Santen" şirkətinin idarələrinə giriş də daxil olmaqla "Santen" şirkəti tərəfindən xidmətlərin göstərilməsi üçün zəruri olan məlumatlar), məs., qeydiyyat/eyniləşdirmə məlumatlarınız (eləcə də şəxsiyyət vəsiqəsinin nömrəsi);
- Maliyyə məlumatı, məs., bankın adı, bank hesabının rekvizitləri, kredit kartının nömrəsi (kənar xidmət təchizatçıları tərəfindən xidmət məqsədləri ilə);
- Şəxsiyyəti müəyyən edilə bilən və ya müəyyən edilə bilməyən şəxslərə aid sağlamlıq vəziyyəti haqqında məlumatlar, biometrik/genetik məlumatlar, və yalnız zəruri olan hallarda və qüvvədə olan qanunvericiliklə açıq aşkar icazə verildikdə (eləcə də "Santen" şirkətinin risklərin idarə edilməsi və dərman vasitələrinin təhlükəsizliyi proqramları ilə əlaqədar və ya ziyarətçilərin "Santen" şirkətinin idarələrinə girişinin təmin edilməsi üçün); eləcə də
- Saytdan istifadə nəticəsində və ya "Santen" şirkəti tərəfindən xidmətlərin göstərilməsi üçün əldə edilmiş rəqəmsal məlumatlar, məs., IP-ünvanları, qeydiyyatdan keçmiş istifadəçinin akkaunt məlumatları, əməkdaşın eyniləşdirmə nömrəsi, brauzerinizin növü və versiyası, saat qurşağı, istifadəçinin bir səhifəyə baxış vaxtı, daxili yolun analizi və (və ya) əməliyyat sisteminə və istifadəçinin kompüter versiyalarına aid digər ayarlar, brauzer plaginlərinin növ və versiyaları, əməliyyat sistemi və platforma, eləcə də "cookie" fayllarının tərkibindəki digər məlumatlar. Bu cür məlumatların toplanılması və onlardan istifadə məlumatın məxfiliyinə riayət və ticarət sirri haqqında tətbiq edilən qanunvericiliyə və digər tətbiq edilən qanunvericilik aktlarına əsasən yalnız ümumi şəkildə həyata keçirilir və şəxsiyyətin birbaşa olaraq müəyyən edilməsini istisna edir. Bu məlumatlardan həmçinin saytla əlaqədar ehtimal edilən qanun pozuntularının müəyyən edilməsi və ya dövlət orqanlarının tələbi ilə istifadə oluna bilər.
Fərdi məlumatların alınması üsulu
Əksər hallarda istifadəçi öz məlumatlarını "Santen" şirkətinə birbaşa olaraq ötürür, lakin bir sıra hallarda biz sizin haqqınızda məlumatı ümumi və ya kənar məlumat mənbələrindən, eləcə də aşağıdakılardan əldə edə bilər.
- işəgötürəninizdən (xidmət təchizatçılarımızın əməkdaşlarının fərdi məlumatlarını emal etmək tələb olunarsa);
- "Santen" şirkəti səhiyyə sahəsinin işçiləri haqqında məlumatı marketinq və elmi-tədqiqat məqsədləri ilə, eləcə də peşəkar fəaliyyət haqqında məlumatların etibarlılığını yoxlamaq üçün (buraya həmçinin ümumi məlumatlara, dövlət reyestrlərinə və ya kənar məlumat bazalarına giriş də daxildir) ümumi və ya kənar mənbələrdən toplaya bilər.
- Zəruri hallarda səhiyyə sahəsinin işçiləri və ya digər üçüncü şəxslər "Santen" şirkətinin xəstəsinin məlumatlarını dərman vasitələrinin təhlükəsizliyi və risklərin idarə edilməsi sahəsindəki qüvvədə olan qanunvericiliyə uyğun olaraq təqdim edə bilərlər.
- "Santen" şirkəti məlumatları (məs., internet-protokol (IP), domen adı, İnternet xidmətlərinin təchizatçısı (İSP), sorğunuzun göndərilmə tarixi və vaxtı haqqında məlumatları və istifadəçinin hərəkətlərinin izlənilmə texnologiyalarından istifadə etməklə əldə edilə bilən digər məlumatı) məxfiliyə riayət və ticarət sirri haqqında qanunlara və məlumatın məxfiliyi ilə əlaqədar digər qanunvericilik aktların əsasən kompüterinizdən və ya "Santen" şirkətinin saytına daxil olduğunuz istənilən digər cihazlardan yığa bilir. Bax: "Cookie" fayllarından istifadə siyasətimiz.
- Məlumatların məxfiliyi haqqında tətbiq edilən qanunvericiliyə əsasən məlumatların mübadiləsi bizim bütün dünyada yerləşən filial şirkətlərimizin də daxil olduğu "Santen" şirkətlər qrupu daxilində həyata keçirilə bilər.
Siz hər zaman fərdi məlumatların təqdim edilməsindən imtina edə bilərsiniz. Tələb etdiyiniz xidmətlərin göstərilməsi üçün bizə lazım olan məlumatları təqdim etməmək qərarını versəniz, biz, sizə bu cür xidmətləri göstərə bilməyəcəyik.
Fərdi məlumatların emalı məqsədləri
"Santen" şirkəti sizin fərdi məlumatlarınızı müstəsna olaraq qüvvədə olan qanunvericilikdə (Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» 11 May 2010-cu il tarixli, 998-IIIQ №-li qanunu da daxil olmaqla) nəzərdə tutulmuş məqsədlərlə və bu Siyasətə uyğun olaraq istifadə edir. Məlumatların emalı aşağıdakı məqsədlərlə həyata keçirilə bilər
- Şirkətin idarə edilməsi, eləcə də Sizə mal və xidmətlərin təqdim edilməsi: Şirkətin fəaliyyətinin inzibati idarə edilməsi və xidmətlərin göstərilməsinin idarə edilməsi, eləcə də bizim sizinlə/sizin işəgötürənlə və şirkətimiz arasında nəzərdə tutulmuş öhdəliklərimizin yerinə yetirilməsi (məs., hesabların emalı və təqdim edilməsi).
- Fiziki şəxslərlə qarşılıqlı münasibətlərin/əlaqələrin idarə edilməsi: məs., cavab və şərhlərin təqdim edilməsi və ya istifadə sahələrinə, tədqiqatlara və ya xidmətlərə, fiziki şəxslərin "Santen" şirkətinin tədbirlərinə dəvət edilməsi ilə əlaqədar sorğuların göndərilməsi, gələcək xidmət ehtiyacları ilə əlaqədar təkliflərin verilməsi.
- Əməkdaşlıq və elmi tədqiqatların keçirilməsi: məs., "Santen" şirkəti tərəfindən tibb işçilərinin və avtoritet mütəxəssislərin seçilməsi və işə götürülməsi zamanı daha əsaslı və obyektiv qərarların qəbul edilməsi məqsədilə, eləcə də tibb işçiləri ilə qarşılıqlı fəaliyyətin idarə edilməsi üçün.
- Personalın seçilməsi: namizədin "Santen" şirkətində vakant vəzifələrin doldurulması üçün tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün peşəkar fəaliyyət haqqında məlumatların emalı.
- Bazarın təhlili: fiziki şəxslərin məlumatlarının qanunla icazə verilən bazar təhlili məqsədilə emalı. Biz məlumatları xəstələr və tibb işçiləri arasında sorğular və müsahibələrin gedişatında mal və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə toplayırıq.
- Birbaşa marketinq: qüvvədə olan qanunvericiliyə əsasən reklam materiallarının təqdim edilməsi və fiziki şəxslərin marketinq və reklam tədbirlərində iştiraka cəlb edilməsi.
- Saytın işi: saytımızın maksimal rahat istifadəsi və kontentinin istənilən cihazlarda düzgün əks etdirilməsi.
- hüquqi və ya tənzimləyici tələblər və hüquqmühafizə orqanalrının sərəncamlarının və məhkəmə qərarlarının yerinə yetirilməsi: şirkət tərəfindən qanunvericiliyin və ya tənzimləyici orqanların tələblərinin yerinə yetirilməsi (məlumatı qorunması və məhsulun keyfiyyətinə qarşı iddialarla əlaqədar hesabatların təqdim edilməsi) və ya şirkət tərəfindən tibb işçilərinə vəsaitlərin köçürülməsi ilə əlaqədar məlumat şəffaflığına qarşı tələblərin yerinə yetirilməsi.
"Santen" şirkəti də fərdi məlumatları qanunla icazə verilən digər məqsədlərlə (məs., arxivləşdirmə, elmi və ya bazar tədqiqatlarının keçirilməsi) və ya müvafiq qanuni tələb mövcud olduqda (məs., risklərin idarə edilməsi və dərman vasitələrinin təhlükəsizliyi ilə əlaqədar "Santen" şirkətinin öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində məlumatın təqdim edilməsi) emal edir.
Məlumatların emalının hüquqi əsasları
"Santen" şirkəti fərdi məlumatları aşağıdakı şərtlərdən birinin və ya bir neçəsinin əsasında emal edir
- Razılığınızı aldıqda (bu halda bu cür razılıq istənilən zaman səbəbi bildirilmədən geri çağırıla bilər);
- izinlə bağlanılmış müqaviləyə əsasən öhdəliklərin yerinə yetirilməsi üçün lazım olduqda;
- Məlumatların emalı emal məqsədlərini və üsullarını müəyyən edən qanunvericik əsasən həyata keçirildikdə;
- Məlumatların emalı fiziki şəxsin qanuni maraqlarının qorunması üçün lazım olduqda;
- Məlumatların emalı ictimai kateqoriyaya aid olduqda; və ya
- "Santen" şirkətinin məlumatların emalında marağı olduqda, məs., məlumatlar “Santen” tərəfindən elmi və statistik tədqiqatlar məqsədilə məlumatların mütləq qaydada şəxsiyyətsizləşdirilməsi/anonimləşdirilməsi şərtilə emal edildikdə.
Xüsusi məlumat kateqoriyaları
Yuxarıda sadalananlardan əlavə olaraq, "Santen" şirkəti fiziki şəxslərin xüsusi kateqoriyaya aid məlumatlarını (fiziki şəxslərin sağlamlıq vəziyyətləri, etnik mənşəyi, dini, həmkarlar ittifaqlarında üzvlüyü, genetik və biometrik məlumatları və s. ) emal etdikdə həmin məlumatların müstəsna olaraq qüvvədə olan qanunvericiliyə və normativ aktlara əsasən emal etməlidir. Bu cür məlumatlar "Santen" şirkəti tərəfindən aşağıdakı şərtlər əsasında emal edilir
- Xüsusi kateqoriyaya aid məlumatın toplanılması və emalı məlumatın məxfiliyinin qorunması haqqında tətbiq edilən qanunlarda nəzərdə tutulmuş hallarda məcburi xarakter daşıyır;
- Xüsusi kateqoriyalı məlumat məlumatın məxfiliyinin qorunması haqqında tətbiq edilən qanunlara əsasən ictimai məlumat kateqoriyasına aiddir;
- Məlumatın toplanılması üçün məlumat subyektindən razılığın alınmasına yol veriməməsi şərtilə xüsusi kateqoriyaya aid məlumatın toplanılması və emalı məlumat subyektinin, digər şəxsin və müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün tələb olunur;
- İctimai birliklərin və digər qeyri-hökumət təşkilatlarının üzvlərinə aid xüsusi kateqoriyalı məlumatın toplanılması və emalı həmin təşkilatlar tərəfindən qanuni məqsədlərin əldə edilməsi üçün həyata keçirilir və məlumat subyektinin razılığı olmadan üçüncü şəxslərə heç bir məlumat ötürülməməlidir.
Digər saytlara yönləndirmə
Siz bu saytdan xüsusi linklərlə digər kənar saytlara keçə bilərsiniz. "Santen" şirkəti bu cür saytların kontentinə görə cavabdeh deyil və onları və kənar saytlarda reklam edilən xidmətləri tövsiyə etmir, bu saytlarda fərdi məlumatların emalı qaydasına və ya istənilən digər hərəkətlərə görə, həmçinin linki saytımızda yerləşən kənar saytların kontentinə görə məsuliyyət daşımır. Məxfiliyə riayət siyasəti ilə və ziyarət etdiyiniz saytlarda yerləşdirilən bütün digər qaydalarla tanış olmağınızı son dərəcə tövsiyə edirik. Unutmayın ki, bu Siyasətin müddəaları müstəsna olaraq "Santen" şirkəti tərəfindən.
Məlumatların işlənmə yeri və ötürülmə üsulları
"Santen Oy" şirkəti Finlandiyada yerləşir. "Santen" şirkəti həmçinin Azərbaycandakı Nümayəndəlik Ofisi, Santen Oy şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və Yaponiyada və dünyanın digər ölkələrində yerləşən afilə edilmiş şirkətləri vasitə fəaliyyət göstərir. Sizin fərdi məlumatlarınızı "Santen" şirkətinin Avropa İttifaqında ("Aİ")/ Avropa İqtisadi Zonasında ("AİZ") yerləşən filialları, "Santen" şirkətinin Aİ/AİZ-dən kənarda yerləşən filialları (məlumatların qorunması və məlumatlrın məxfiliyi haqqında qüvvədə olan qanunlarla nəzərdə tutulmuş hallarda), eləcə də Finlandiyada, Azərbaycanda, Aİ-də/AİZ-də və bütün dünya üzrə digər regionlarda yerləşən ayrı-ayrı təchizatçıları və tərəfdaşları əldə edə bilər.
Fərdi məlumatların "Santen" şirkəti tərəfindən Azərbaycanda olduğu səviyyədə təmin edilməsinin mümkün olmadığı ölkələrdə emalı zamanı "Santen" şirkəti emal edilən məlumatların qorunması, xüsusilə də fərdi məlumatlarınızın icazəsiz girişdən, istifadədən və açıqlamadan qorunması üçün əsaslandırılmış və lazımi hüquqi, texniki və təşkilati tədbirlər görməldir. Səlahiyyətli orqan tərəfindən qəbul edilmiş tədbirlərin kafiliyi haqqında qərar olmadıqda, "Santen" şirkəti məlumatların Azərbaycandan məlumatların lazımi qorunmasını təmin etməyən ölkədə yerləşən filiala və ya üçüncü tərəfə (məlumatların emalı üzrə nəzarətçiyə və ya operatora) transsərhəd ötürülməsi zamanı məlumatların təhlükəsiz ötürüləcəyini və lazımi müdafiə səviyyəsini təmin etmək üçün məlumatların ötürülməsinin lazımi üsullarından istifadə edəcəyini öhdəsinə götürür (məs., müqavilələrin məlumatların müvafiq hallarda ötürülməsi haqqında müddəalarını yerinə yetirmək).
Üçüncü tərəflərlə müqavilə münasibətləri və məlumatların dövlətlərarası ötürülməsi
Məlumatların nəzarətçisi qismində çıxış edərək "Santen" şirkəti öz məlumat subyektlərinin və tərəfdaşlarının məlumatların və fərdi məlumatların yüksək qorunma səviyyəsini təmin etməyə çalışır. Bunun üçün "Santen" şirkəti məxfilik və məlumatların qorunması ilə əlaqədar xüsusi qısa ifadələr hazırlayıb və bu ifadələrdən "Santen" şirkətinin maraqlarından irəli gələrək məlumatların qorunması haqqında qüvvədə olan qanunvericiliyə əsasən məlumatların emalı üzrə operatorlar funksiyalarını yerinə yetirən kənar xidmət təchizatçıları ilə müqavilə münasibətləri çərçivəsində istifadə edir.
Məxfiliyə riayətə aid olan müqavilə münasibətləri çərçivəsində "Santen" şirkəti məlumatların emalı ilə əlaqədar olaraq şirkətin məlumatlarının emalı üzrə operatorlar və onların subpodratçıları (varsa) tərəfindən yerinə yetirilən işlərin həcmi, sahəsi, müddəti və məqsədini, eləcə də emal edilən personal məlumatları və məlumat subyektlərinin müvafiq kateqoriyalarını müəyyən edir. Bundan əlavə xidmət təchizatçısı tərəfindən məlumatların emalı üzrə operator funksiyalarının yerinə yetirilməsi zamanı onun öhdəlikləri haqqında ətraflı məlumat təqdim edilməlidir. Bu öhdəliklərdə onun məxfiliyə riayət öhdəlikləri, məlumatların təhlükəsizliyinin pozulması zamanı hərəkət qaydası haqqında, məlumat subyektlərinin və hökumət orqanlarının sorğuları üzrə qarşılıqlı fəaliyyət qaydası haqqında, məlumatların qorunmasının təmin edilməsinə təsirin qiymətləndirilməsi zamanı yardımın göstərilməsi qaydası haqqında, məlumatların transsərhəd ötürülməsi zamanı məlumatların dövlətlərarası ötürülməsi üsulları haqqında, kompleks hüquqi ekspertizanın keçirilməsi və məlumatların emalı üçün subpodratçıların cəlb edilməsi haqqında, lazımi müdafiə tədbirlərinin görülməsi haqqında və fərdi məlumatların sızdırılması zamanı zərərlərin ödənilməsi öhdəlikləri haqqında məlumatlar nəzərə tutulur.
Biz xidmət təchizatçılarımızdan məlumat şəffaflığını və onların afilə edilmiş şəxslərinin və birgə işin istənilən kənar iştirakçılarının (məlumatların emalı üzrə subpodratçılar qismində çıxış edənlər) məlumatların emalında mümkün iştirakı haqqında qabaqcadan məlumatın verilməsini tələb edirik. Xidmətlərin təchizatçısı və (və ya) onun əməkdaşlıq etdiyi istənilən təşkilatlar Azərbaycandan kənarda yerləşirlərsə, biz onlardan məlumatların ötürülməsi ilə əlaqədar istənilən sonrakı hərəkətlərlə bağlı məlumatların ötürülməsinin lazımi üsullarından istifadə etməyi tələb edirik (zəruri hallarda); xüsusilə bu cür üçüncü tərəflərin əldə etdiyi məlumatların müdafiəsi tədbirlərinin və (və ya) istənilən digər təsdiqlərinin kafiliyi haqqında qərar olmadıqda. Bu yanaşma bizim həm Azərbaycanda, həm də Azərbaycandan kənarda qarşılıqlı fəaliyyət göstərdiyimiz fiziki şəxslərin məlumatlarının qorunmasının və məxfiliyinə riayətin yüksək səviyyəsini müəyyən və təmin edir.
Fərdi məlumatların açıqlanması
Fərdi məlumatlar qeyri-müəyyən istifadəçilərin dairəsinə təqdim edilmir. "Santen" şirkəti məlumatın məxfiliyi haqqında tətbiq edilən qanuna uyğun olaraq sizin yazılı razılığınız əsasında xidməti zərurət prinsipindən irəli gələrək sizin fərdi məlumatlarınızı üçüncü şəxslərə açıqlaya bilər (əgər bu, şirkətin qanuni kommersiya məqsədlərinin əldə edilməsi üçün həqiqətən tələb olunursa və qüvvədə olan qanunvericiliyin tələbləri ilə nəzərdə tutulubsa). Fərdi məlumatlarınızın açıqlanması müvafiq müqavilə münasibətləri ilə müəyyən edilən lazımi müdafiə tədbirlərinin görülməsi zamanı yalnız sizin yazılı razılığınız əsasında qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq həyata keçirilir.
Öz fəaliyyətinin həyata keçirilməsi üçün "Santen" şirkəti məlumatın məxfiliyi haqqında tətbiq edilən qanuna uyğun olaraq sizin yazılı razılığınız əsasən həmçinin fərdi məlumatları üçüncü tərəflərə, habelə ictimai, dövlət (dövlət orqanları, habelə sosial təminat idarələri), nəzarət orqanlarına, "Santen" şirkətinin xidmətlərini göstərən üçüncü şəxslərə (həmçinin xidmət təchizatçılarına, auditor şirkətlərinə, İT-xidmətlərinin təchizatçılarına, kliniki tədqiqatlarımızın keçirilməsi və ya idarə edilməsində yardım göstərən təşkilatlara, konsaltinq/podrat şirkətlərin., xostinq provayderlərinə, tədbirlərin təşkili üzrə agentliklərə, turizm agentliklərinə, banklara və sığorta şirkətlərinə, eləcə də şirkətin köməkçi və inzibati xidmətlərinin digər təchizatçılarına), "Santen" şirkəti tərəfindən səhiyyə sahəsindəki tələblərin yerinə yetirilməsinə nəzarət etməklə və bununla əlaqədar ona dəstək göstərməklə şirkətlə işləyən işgüzar tərəfdaşlara və təşkilatlara (həmçinin kənar elmi əməkdaşlara, diaqnostika laboratoriyaların) açıqlamaq hüququna malikdir. Bundan əlavə fərdi məlumatlar "Santen" şirkətinin və ya onun aktivlərinin əhəmiyyətli hissəsinin üçüncü tərəflə əldə edilməsi zamanı açıqlana bilər. Bu halda şirkətin fiziki şəxslərlə əlaqədar sahib olduğu fərdi məlumatlar ötürülən aktivlərin tərkibinə daxil edilir. Fərdi məlumatlar həmçinin "Santen" şirkəti tərəfindən fiziki şəxslərin məlumatlarının qanuna əsasən və ya nəzarət orqanlarının tələbi və sorğusuna əsasən tətbiq edilən qanunlara uyğun olaraq açıqlana və ya ötürülə bilər.
Aşağıdakı hallarda “Santen” şirkəti sizin fərdi məlumatınızı sizin razılığınız olmadan açıqlaya və/və ya ötürə bilər:
- İctimai kateqoriyalı fərdi məlumatın ötürülməsi zamanı;
- qanunvericiliklə Fərdi məlumatın informasiya sistemlərinə dair müəyyən edilmiş tələblərin yerinə yetirilməsi şərtilə dövlət orqanları və ya yerli özünüidarəetmə orqanları tərəfindən verilmiş öhdəliklərin qüvvəyə minməsilə əlaqədar olaraq məxfi məlumatın gidişatında;
- sizin həyat və sağlamlığınızı qorumaq lazım olduqda və sizdən dərhal icazənin alınması mümkün olmadıqda fərdi məlumatın ötürülməsi tələb olunduqda
Fərdi məlumatın ötürülməsinə dair razılığınızı geri çağıra bilərsiniz. “Santen” şirkəti fərdi məlumatlarınızın açıqlanması və/və ya ötürülməsinə dair razılığınızın tərəfinizdən geri çağırılması haqqında məlumat alan kimi bu cür məlumatın ötürülməsini dərhal dayandıracaq.
Məlumatların emalı üzrə bütün operatorların adlarının qeyd edildiyi təfərrüatlı məlumatları "Santen" şirkətinin Avropa, Yaxın Şərq, Afrika regionunda məxfi məlumatın qorunması üzrə şöbədən elektron poçtla əldə etmək olar: privacy-emea@santen.com.
Məlumatların təhlükəsizliyi və saxlanılması
Biz, məlumatlarınızın bu Siyasətə, məlumatların qorunması və ticarət sirri haqqında qüvvədə olan qanunvericiliyə və məlumatların təhlükəsizliyinin təmin edilməsinin beynəlxalq standartlarına əsasən təhlükəsiz emalının təmin edilməsi üçün bütün əsaslandırılmış zəruri tədbirləri görəcəyik. Şirkətə təqdim etdiyiniz bütün məlumatlar qorunan serverlərdə saxlanılır. Məlumatlarınıza giriş və onlardan istifadə qaydası təhlükəsizliyin qorunması qaydalarımız və standartlarımızla tənzimlənir. "Santen" şirkətində fərdi məlumatlarınızın icazəsiz girişdən, açıqlamadan, dəyişdirilmədən və məhv olunmadan qorumaq üçün təhlükəsizliyin fiziki, texniki və inzibati nəzarəti və təmin edilməsinin əsaslı tədbirləri görülür. Bu tədbirlərə həmçinin şəbəkə müdafiəsi sistemlərindən, girişin idarə edilməsi vasitələrindən istifadə, saxlanılan məlumatın şifrələnməsi, öhdəliklərin bölünməsi və təhlükəsizliyin təmin edilməsinin analoji prosedurları daxil ola bilər. "Santen" şirkətinin bu cür məlumata xidməti öhdəliklərin yerinə yetirilməsi üçün ehtiyacı olan məhdud sayda əməkdaşları, eləcə də "Santen" şirkəti ilə "Santen" şirkəti adından kommersiya fəaliyyətinin həyata keçirilməsinə dair müqavilələr bağlamış üçüncü şəxslər fərdi məlumatlarınıza giriş imkanına malikdir. Əməkdaşlarımız məxfiliyə riayət məsələləri, fərdi məlumatın lazımi və təhlükəsiz emalı və idarə edilməsi metodları üzrə təlimdən keçiblər.
Sizin fərdi məlumatlarınız yalnız alındığı məqsədlərin, eləcə də istənilən digər yol verilən yanaşı məqsədlərin əldə edilməsi üçün obyektiv olaraq zəruri müddət ərzində, lakin tətbiq edilən qanunla müəyyən edilmiş müddətdən və normativ müddətdən çox olmayaraq saxlanılacaq. "Santen" şirkəti qanuna, nəzarət orqanlarının tələblərinə əsasən müvafiq öhdəlik və hüquqlara malik olduqda məlumatlar daha uzun müddət saxlanıla bilər. Sizin məlumatlardan istifadə etmək ehtiyacı aradan qalxdıqda, onlar ya həmişəlik şəxsiyyətsizləşdiriləcək (bu cür şəxsiyyətsizləşdirilmiş məlumatın saxlanılması imkanı ilə), ya da bərpa edilmə imkanı olmadan məhv ediləcək.
Qərarların avtomatlaşdırılmış şəkildə qəbul edilməsi
Başqa cür qeyd edilmədikdə, saytın idarə edilməsi və ya ümumi xarakterli qərarların qəbul edilməsi zamanı "Santen" şirkətinin etibar etdiyi emal qaydası yalnız fiziki şəxslərin məlumatlarının avtomatik emalı və profilin tərtib edilməsindən ibarət deyil. .
Marketinq tədbirləri ilə əlaqədar üstünlüklər
Marketinq tədbirləri üçün məlumatlarınızdan istifadə etmək və ya onları bu məqsədlərlə üçüncü tərəfə vermək ehtiyacımız olarsa sizə bu haqda məlumat verəcəyik və sizdən buna razılıq verməyinizi istəyəcəyik. Malların və (və ya) xidmətlərin elektron rabitə vasitələrindən (məs., elektron poçt) istifadə etməklə birbaşa reklamı zamanı biz reklam materiallarının əldə edilməsi üçün razılığınızı açıq-aşkar bildirə bilməniz və ya onlardan imtina etməyiniz üçün qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirləri görəcəyik. İstənilən halda siz birbaşa marketinq üçün fərdi məlumatlarınızdan istifadə, eləcə də elmi xarakterli məlumatların və informasiya məktublarının göndərilməsi ilə əlaqədar narazılığınızı hər zaman ifadə edə bilər və (və ya) razılığınızı geri çağıra bilərsiniz. Bundan əlavə siz bu hüquqlarınızı aşağıdakı əlaqə məlumatları ilə bizimlə əlaqə saxlayaraq istənilən an həyata keçirə bilərsiniz.
Məlumatların qorunması ilə əlaqədar hüquqlarınız
Qüvvədə olan qanunvericiliyə əsasən və istənilən qanunvericilik məhdudiyyətlərini nəzərə alaraq, siz şirkətdən aşağıdakıları tələb edə bilərsiniz:
- Fərdi məlumatınız mövcudluğu haqqında məlumatın əldə edilməsini;
- İnformasiya sistemində mövcud olan fərdi məlumatlarınızın toplanılması, emalı və ötürülməsinin hüquqi baxımdan əsaslandırılmasını tələb etmək və bu cür fərdi məlumatın toplanılması, emalı və üçüncü tərəflərə ötürülməsi nəticəsində yarana biləcək qanuni nəticələr haqqında məlumat əldə etmək;
- Informasiya sistemində yığılan fərdi məlumatınızın məzmunu ilə tanış olmağı;
- Fərdi məlumatınızın informasiya sistemində toplanılması və emalının məqsədi, şərtləri, emalı metodları, fərdi məlumatınızda tanış olmaq səlahiyyəti olan şəxslər, eləcə də məlumat mübadiləsinin həyata keçirilməsini təmin edən informasiya sistemləri haqqında məlumata sahib olmağı;
- Fərdi məlumat informasiya sistemində toplanılan istənilən fərdi məlumatınızın dəyişdirilməsi və ya silinməsini tələb etmək, eləcə də, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, bu cür məlumatın olduğu kimi ötürülməsinə dair ərizələr vermək;
- Fərdi məlumatınızın toplanılması və emalının qadağan edilməsini tələb etmək;
- İnformasiya sistemində toplanılan istənilən fərdi məlumatınızın əldə edilməsi mənbələrinə dair məlumatı əldə etmək, bu cür məlumatın qanuniliyinin sübutunu tələb etmək;
- İnformasiya sistemində toplanılan istənilən fərdi məlumatınızın mühafizəsini tələb etmək;
- İstənilən fərdi məlumatınızın toplanıldığı informasiya sistemlərinin uyğunluq və dövlət ekspertizasından keçməsi haqqında sertifikatlarının mövcudluğu haqqında məlumatı əldə etmək;
- Azərbaycan Respublikasının məlumatın məxfiliyinə dair tətbiq edilən qanunvericiliyində və digər normativ hüquqi aktlarında müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.
- Sizə fərdi məlumatların emalı qaydası haqqında ətraflı məlumatın verilməsini;
- Sərəncamımızda olan fərdi məlumatlarınıza giriş imkanının verilməsini;
- Sərəncamımızda olan fərdi məlumatlarda isənilən faktiki səhv və ya boşluqların aradan qaldırılmasını;
- Şirkət tərəfindən istifadə üçün hüquqi əsasların olmadığı istənilən fərdi məlumatların silinməsini;
- Razılığınızı geri çağırdığınızdan sonra konkret məlumatların emalının dayandırılmasını;
- Marketinq tədbirləri üçün məlumatların istənilən emalını dayandırmaq; eləcə də
- Məlumatlarınızın emalı qaydasının dəqiqləşdirilməsini tələb etmək.
Məlumatların qorunması ilə əlaqədar bütün sorğuları "Santen" şirkətinin Avropa, Yaxın Şərq, Afrika regionunda məxfi məlumatın qorunması üzrə şöbəsinə elektron poçtla göndərmək lazımdır: privacy-emea@santen.com.
Müəyyən edilmiş müddət ərzində sizin sorğunuza cavab verməsək və ya istənilən bu kimi hüquqların həyata keçirilməsi haqqında sorğunuza cavabımız sizi qane etməsə, siz, Azərbaycan Respublikasının istənilən səlahiyyətli orqanına və ya məhkəməsinə şikayət etmək hüququna maliksiniz.
Siyasətin yenilənməsi
Qüvvədə olan qanunvericiliyə əsasən "Santen" şirkəti texniki nailiyyətlərin, normativ-hüquqi bazanın və "Santen" şirkətinin kommersiya fəaliyyəti təcrübəsinin dəyişikliklərinin əks etdirilməsi məqsədilə bu Siyasətə dəyişikliklər etmək hüququnu özündə saxlayır. "Santen" şirkəti tərəfindən məxfiliyə riayət prosedurlarına dəyişikliklər edilərsə, bu cür dəyişikliklər qüvvəyə minmə tarixinin qeyd edilməsilə bu Siyasətin yeni redaksiyasının sonunda qeyd edilməlidir. Bu səbəbdən şirkət tərəfindən fərdi məlumatlarınızdan istifadə haqqında aktual məlumatın yerləşdiyi bu səhifəyə vaxtaşırı olaraq baxmağınızı tövsiyə edirik.
Əlaqə məlumatı
Bu siyasətlə əlaqədar suallar vermək və ya "Santen" şirkətində tətbiq edilən məxfiliyə riayət prosedurları haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə "Santen" şirkətinin Avropa, Yaxın Şərq, Afrika regionunda məxfi məlumatın qorunması üzrə şöbəsinə elektron poçtla müraciət edin privacy-emea@santen.com.
Son yenilənmə tarixi— 17 mart, 2021-ci il.