Breadcrumb

  1. Məxfiliyə riayət öhdəliklərimiz
  2. Cookie fayllarından istifadə siyasəti

Cookie fayllarından istifadə siyasəti

Giriş və istifadə sahəsi

«Santen Oy» (baş ofisi: Kelloportinkatu 1 PO Box 33, FI-33101, Finlandiyada yerləşir, www.santen.az) Azərbaycandakı fəaliyyətlərini yerli Nümayəndəlik Ofisi – Azərbaycan Respublikasındakı  Santen Oy vasitəsilə həyata keçirir. Santen Oy bu saytda istifadə olunan “cookie” fayllarının tərkibindəki məlumatlarınızın toplanılması və emalına görə cavabdehdir.  

Bu siyasətdə istifadəçilərə saytımıza ziyarət zamanı baş verənləri necə idarə edə biləcəklərinə dair dəqiq və aktual məlumatın təqdim edilməsi məqsədilə bu saytda cookie fayllarından istifadə qaydası təsvir edilir.  Bu siyasətin kontekstində "cookie faylları" termini cookie fayllarını və tətbiq edilən qanunla nəzərdə tutulmuş analoji texnologiyalar (məs., lokal ümumi obyektlər, adətən "fleş-kuki" adlanır, veb-mayakar və ya böcəklər, həmçinin boş şəffaf fayllar, GIF) deməkdir. Bu fayllarda bu cür məlumatın üçüncü tərəflərin saxladığı digər məlumatlarla (məs., sayta daxil olan istifadəçilərin IP-ünvanı, domeni və kompüterlərinin qeydiyyat nömrələri) üzləşdirilməsi və birgə işlənməsi vasitəsilə  internet səhifələrinin istifadəçilərinin/ziyarətçilərinin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumat var.  Bu məlumatlardan statistika məqsədləri ilə istifadə olunur və emal edilir.

Bu sənəd Məxfiliyə riayət siyasəti nin önəmli ayrılmaz hissəsidir. Burada verilmiş məlumat Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» 11 May 2010-cu il tarixli, 998-IIIQ №-li qanunu, eləcə də məlumatların qorunması və məxfiliyə riayət sahəsində mövcud olan istənilən digər qanunların və normativ aktların, eləcə də Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanları, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər səlahiyyətli dövlət orqanları  tərəfindən işlənib hazırlanan istənilən müvafiq göstərişlərin və rəhbər prinsiplərin tələblərinə cavab verir.  Bu səbəbdən sizə məxfiliyə riayət siyasətimizlə tanış olmağı tövsiyə edirik. Bu siyasətdə "Santen" şirkətinin məlumatların mühafizəsi sahəsindəki əsas öhdəlikləri ətraflı olaraq təsvir edilib. 

"Cookie" faylı nədir?

"Cookie" faylı - adətən hərf və rəqəmlərdən ibarət kiçik fayldır.  İstifadəçi sayta daxil olduqda bu fayl cihaza yüklənir. Sonra sayta hər dəfə təkrar olaraq daxil olduqda "cookie" faylları gəldikləri sayta təkrar göndərilir. "Cookie" faylları saytın iş və funksionallığını qorumağa, eləcə də onu, hər konkret istifadəçi üçün daha rahat etməyə kömək edir.  Bundan əlavə onlar bizə ziyarətçilərin saytımızdakı davranışı haqqında təsəvvür yaratmağa, onların saytdan və saytda təklif edilən servislərdən necə istifadə etdiklərini anlamağa kömək edirlər. 

"Cookie" fayllarından və analoji texnologiyalardan istifadə artıq çoxdandır ki, geniş yayılmış təcrübədir.  Bundan əlavə "cookie" faylları olmadan bir sıra onlayn servislərin işləməsi mümkün deyil.  Bu səbəbdən qanun bu cür texnologiyalardan istifadəni qadağan etmir, lakin istifadəçiləri saytda yerləşdirilən cookie fayllarından istifadə haqqında qabaqcadan məlumatladırmağı və onlara bütün bu cür fayllardan istifadəyə dair açıq-aşkar razılığını bildirmək hüququnu verməyi və ya, istəkdən asılı olaraq, "cookie" fayllarının fərdi ayarlanmasını yerinə yetirməyi tələb edir.  

"Cookie" fayllarının fərqli növləri

Seanslıq və daimi "cookie" faylları

"Cookie" fayllarının qüvvədə olma müddəti brauzerdəki iş seansı bitən zaman bitə (seans brauzer pəncərəsinin istifadəçi tərəfindən açılması ilə başlayır və istifadəçi brauzeri bağladıqda bitir) və ya daha uzun müddət saxlanıla bilər. 

Seanslıq "cookie" faylları – brauzerdə iş seansı zamanı istifadəçinin hərəkətlərini bir-biri ilə qarşılaşdırmağa imkan verir. Onlar ən fərqli funksiyaları yerinə yetirirlər, məs., sayta ziyarət zamanı istifadəçi tərəfindən səbətə yerləşdirilən malları yaddaşda saxlayırlar.  Bundan əlavə onlardan istifadəçinin internet-banka daxil olması zamanı təhlükəsizliyin təmin edilməsi, eləcə də elektron poçtun saytı ilə işin sadələşdirilməsi üçün istifadə edilə bilər.   Bu cür seanslıq "cookie" fayllarının qüvvədə olma müddəti brauzerdəki iş seansının başa çatması ilə bitir. 

Bu cür seanslıq "cookie" fayllarından (bu fayllar istənilən halda istifadəçinin kompüterində daimi olaraq qalmır, brauzeri bağladıqdan dərhal sonra avtomatik olaraq silinir) müstəsna olaraq konkret seans haqqında məlumatların ötürülməsi, eləcə də şəbəkədə təhlükəsiz və effektiv işin təmin edilməsi üçün istifadə olunur. Bu saytda seanslıq "cookie" fayllarında şəbəkədəki istifadəçilərin işi haqqında məlumatların məxfiliyinin pozulmasına gətirib çıxara bilən başqa heç bir  maşın metoddan istifadə olunmur. 

Daimi cookie faylları – brauzerdə iş seanslarının fasilələri zamanı istifadəçinin cihazında qalır, bu isə istifadəçinin saytda (bəzi hallarda isə müxtəlif saytlarda) nələrə üstünlük verdiyini və ya hərəkətlərini yaddaşda saxlamağa imkan verir. Daimi "cookie" faylları ən müxtəlif funksiyaları yerinə yetirir, eləcə də sayda istifadəçilərin nələrə üstünlük verdiyini və hərəkətlərini yaddaşda saxlayır. 

Daxili və xarici "cookie" faylları – onların daxili və ya xarici saytda və ya domendə yerləşməsi ilə fərqlənir.  Ümumiyyətlə, "cookie" faylları - ziyarətçinin daxil olduğu saytda, yəni ünvanı URL linkli pəncərədə əks olunan saytda yerləşdirilən fayllardır.  "Santen" şirkəti tərəfindən yerləşdirilən "cookie" faylları üçün bu cür saytın ünvanı www.santen.az olacaq. Xarici "cookie" faylları istifadəçinin ziyarət etdiyi domendə yerləşdirilmir: yəni www.santen.az saytından başqa şirkətlər və saytların, məs. Google-un yerləşdirdiyi "cookie" faylları. İstifadəçi sayta  (məs.,www.santen.az) daxil olursa, və hər hansı şirkət www.santen.az saytında "cookie" fayllarını yerləşdirirsə, bu cür "cookie" faylı xarici fayl olur.

"Cookie" fayllarımızın qəbul edilməsi, nəzarəti və silinməsi qaydası

Bəzi "cookie" faylları olmadan bu saytın normal işləməsi mümkün deyil.  Bu halda istifadəçinin razılığı tələb olunmur.  Məsələn, bu, bir neçə kompüter arasındakı yükün paylaşdırılması hesabına səhifənin sürətli və effektiv yüklənməsinə görə cavab verən fayllar, eləcə də təhlükəsizliyi təmin edən fayllardır. 

Digər "cookie" faylları əsaslı olaraq zəruri və ya önəmli ola bilsə də, lakin vacib deyillər, bu səbəbdən bu halda istifadəçinin razılığı tələb olunur.  Bu cür "cookie" fayllarını (yəni istismar və funksional, reklam/hədəf məqsədli "cookie" fayllarını) cihazınıza yükləmədən əvvəl buna dair razılığınızı alırıq (bunun üçün müvafiq bannerdə "bütün cookie fayllarını qəbul et" düyməsinə basmaq və ya bizim cookie fayllarının ayarları və ya brauzerinizin "cookie" fayllarının ayarlarında müvafiq seçim etməlisiniz).

İstənilən ikinci dərəcəli cookie fayllarından istifadəyə razılıq vermək istəmirsinizsə və ya istənilən vaxt razılığınızı geri çəkmək istəyirsinizsə cookie fayllarının ayarları ayarları dəyişdirməniz və ya brauzerinizin ayarlarında "cookie" fayllarını silməyiniz və bloklamanız və ya onlardan istifadəni qadağan etməniz tələb olunacaq. Bu cür ayarlar bir çox hallarda internet-brauzerinizin "Ayarlar" və ya "Seçənəklər" menyusunda yerləşir.  Daha ətraflı məlumatı internet-brauzerinizin "Məlumat" bölməsində də tapa və ya aşağıdakı linklərdən biri ilə birbaşa olaraq brauzerinizin istifadə üzrə təlimatına keçə bilərsiniz: 

Diqqət: "Cookie"  fayllarının bəzi və ya bütün növlərindən istifadənin qadağan edilməsi və ya söndürülməsi saytın funksionallığında əks olunacaq və sizin bizim saytımıza girişinizə və onunla işin rahatlığına, eləcə də sizə təklif etdiyimiz servislərə təsir edəcək.  

"Cookie" faylları üçün  istənilən ayarlarınızdan yalnız bu sayda istifadə olunur və digər xarici saytlara və ya internet-səhifələrə, bu saytda yerləşdirilə bilən hiperlinklərə təsir etmir.  Bu cür saytlarda istifadə olunan "cookie" faylları haqqında  daha ətraflı məlumatlar məxfilik haqqında konkret bildirişdə və ya müvafiq saytların "cookie" fayllarından istifadə siyasətində göstərilmişdir. 

İstifadə etdiyimiz "cookie" faylları

Bu saytın idarə edilməsi üçün "Santen" şirkəti xidmətlərin göstərilməsi, istifadəçilərinin işinin rahatlığının artırılması, eləcə də müxtəlif məqsədlərlə toplanan məlumatların əsasında ümumi statistikanın formalaşdırılması üçün "cookie" fayllarından istifadə edir. 

Bu cür "cookie" faylları bizə sizi saytın digər istifadəçiləri arasından ayırd etməyə, sizin üçün saytda istifadənin rahatlığını artırmağa və onun işini yaxşılaşdırmağa kömək edir. 

Biz texniki və analitik "cookie"  fayllarından istifadə edirik.  Onlar bizə ziyarətçiləri ayırmağa və onların sayını hesablamağa, eləcə də saytla iş zamanı onların davranışını öyrənməyə kömək edir.  Bu məlumat bizə saytın işini yaxşılaşdırmağa, xüsusilə də  lazımi mal və xidmətlərin axtarışını istifadəçi üçün sadələşdirməyə imkan verir.  Aşağıdakı cədvəldə məhz hansı analitik "cookie" fayllarından istifadə etdiyimiz və onların müəyyən edilməsinin yolları haqqında məlumat verilib. 

Qısacası, bu saytda aşağıdakı cədvəldə sadalanan "cookie" fayllarından istifadə olunur:

Çox vacib "cookie" faylları

Bu "cookie" faylları saytın işləməsi üçün önəmlidir, onları sistemlərinizdə söndürməməlisiniz.  Bir qayda olaraq, onlar yalnız xidmətin göstərilməsi üçün sorğu olaraq qəbul edilən hərəkətlərin, məs., məxfilik ayarlarının qurulması, sistemə giriş və ya formanın doldurulması nəticəsində quraşdırılır.  Siz brauzerinizi elə ayarlaya bilərsiniz ki, o, bu cür "cookie" fayllarını bloklasın və sizi onlar haqqında xəbərdar etsin, lakin bu halda saytın müəyyən bölmələri işləməyəcək.  Bu "cookie" fayllarında şəxsiyyəti müəyyən etməyə yol verən heç bir məlumat yoxdur. 

"Cookie" faylının adı Mənbə Qüvvədə olma müddəti Təyin edilmədikdə müəyyən edilən status
OptanonAlertBoxClosed santen.az 13 ay Hər zaman aktivdir
OptanonFunctional santen.az 13 ay Hər zaman aktivdir
OptanonNecessary santen.az 13 ay Hər zaman aktivdir
OptanonPerformance santen.az 13 ay Hər zaman aktivdir

Funksional "cookie" faylları 

Bu "cookie" faylları sayəsində saytımız sizin ayarlarınızı (məs., istifadəçi adınız, dil, üstünlük verdikləriniz və ya region) yadda saxlayır, bu da sizin üçün saytla işin rahatlığını artırır.  Bu "cookie" faylları  həm anonim olan, həm də təqdim etdiyiniz fərdi məlumatları əhatə edən informasiyanı toplayır.  Bu "cookie"  fayllarından istifadədən imtina saytın iş və funksionallığına təsir edə və onun kontentinə girişin məhdudlaşdırılmasına gətirib çıxara bilər.  

"Cookie" faylının adı Mənbə Qüvvədə olma müddəti Təyin edilmədikdə müəyyən edilən status
Contrast santen.az Session

SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur

Polly santen.az Session SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur
Textsize santen.az Session SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur

İstismar məqsədli "cookie" faylları 

Bu "cookie" faylları istifadəçilər tərəfindən saytdan istifadə haqqında məlumatı toplayır, məs., ən çox ziyarət edilən səhifələr, saytdan istifadə müddəti, internet səhifələrindən xətalar haqqında məlumatların istifadəçilər tərəfindən alınması.   Bu "cookie" faylları şəxsiyyətinizi müəyyən etməyə imkan verən məlumatı toplamır.  Bu "cookie" fayllarının topladığı məlumat şəxsiyyətsizləşdirilib və yalnız saytın işinin yaxşılaşdırılması üçün istifadə olunur. 
 
Google Analytics

Bu saytda Google, Inc. («Google») şirkətinin "Google Analytics" veb-analitika xidmətindən istifadə olunur.  "Google Analytics" məlumatın məxfiliyi haqqında qanunvericiliklə əlaqədar tətbiq edilən qanunların müddəalarına əsasən kompüterinizdə yerləşdirilən və istifadəçinin saytdakı hərəkətlərini təhlil etməyə kömək edən mətndən ibarət olan "cookie" fayllarından istifadə edir.  "Cookie" faylının saytdakı hərəkətləriniz haqqında yaratdığı məlumat  (IP-ünvan da daxil olmaqla)  "Google" şirkətinə ötürülür və onun ABŞ-dakı serverlərində qalır.  "Google" şirkəti bu məlumatdan sizin saytdan istifadənizi qiymətləndirmək, sayt administratorları üçün istifadəçilərin hərəkətləri haqqında hesabatlar hazırlamaq, eləcə də saytdan istifadə və İnternetdə işlə əlaqədar digər xidmətləri göstərmək üçün istifadə edir.  "Google" şirkəti bu məlumatı qanunların tələblərinə əsasən və məlumatın məxfiliyi haqqında qanunun tələblərinə uyğun olaraq, və ya üçüncü tərəflər "Google" şirkətinin adından məlumatların emalını həyata keçirdikdə  ötürə bilər.  "Google" şirkəti sizin IP-ünvanınızı "Google" şirkətinin sərəncamında olan istənilən digər məlumatlarla müqayisə etmir.  Siz brauzerinizin müvafiq ayarlarında "cookie" fayllarından istifadədən imtina edə bilərsiniz.  

Lakin unutmayın ki, bu halda bu saytın bəzi funksiyaları işləməyə bilər.  Bu saytdan istifadə etməklə siz məlumatlarınızın Google şirkəti tərəfindən  yuxarıda təsvir edilmiş qaydada və yuxarıda sadalanmış məqsədlərlə emalına razılığınızı verirsiniz.  

Məlumatlarınızın "Google" şirkəti tərəfindən emalı proseduru haqqında ətraflı məlumat "Google" şirkətinin  Məxfiliyə riayət siyasətində verilib.   

Bütün saytlarda hərəkətlərinizin "Google Analytics" xidməti tərəfindən izlənməsindən https://tools.google.com/dlpage/gaoptout  linki ilə imtina etmək olar (Chrome, Internet Explorer 8–11, Safari, Firefox və Opera brauzerləri üçün)

"Cookie" faylının adı Mənbə Qüvvədə olma müddəti Təyin edilmədikdə müəyyən edilən status
 _ga  santen.az  2 il

SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur

 _gid  santen.az  24 saat

SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur

 _gat  santen.az  1 dəqiqə

SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur

 _AMP+TOKEN  santen.az  30 saniyədən 1 ilədək

SÖNDÜRÜLÜB / istifadəçinin razılığı tələb olunur

Məlumatların ötürülməsi və saxlanılması

Sayta qarşı kiberfırıldaqçılıq hallarında  qüvvədə olan qanunvericiliyə əsasən,  lazım olan hallar istisna olmaqla,  saytın istifadəçiləri haqqında məlumatlar hər "cookie" faylı növü üçün yuxarıda qeyd edilmiş müddətdən çox saxlanılmır.  Veb-servisdən daxil olan məlumat qeyri-müəyyən istifadəçi dairəsinə yayılmır və ötürülmür. 

Cookie fayllarından istifadə siyasətinin yenilənməsi

Saytımızda "cookie" fayllarından istifadə siyasəti  vaxtaşırı olaraq yenilənə bilər, bu səbəbdən "cookie" fayllarından istifadə qaydasındakı bütün dəyişiklər haqqında aktual məlumatı əldə etmək üçün sayta hər daxil olduğunuzda sənədlə tanış olmağınızı tövsiyə edirik. 

"Cookie" faylları haqqında ətraflı məlumat 

Bu saytın quraşdırdığı "cookie" faylları haqqında daha ətraflı məlumatı Avropa, Yaxın Şərq, Afrika regionunda məxfi məlumatın müdafiəsi üzrə şöbəmizdən  elektron poçtla ala bilərsiniz. privacy-emea@santen.com

Cookie faylları haqqında ümumi məlumatı, müxtəlif brauzerlərdə "cookie" fayllarının ayarlarının dəyişdirilməsi, eləcə də "cookie" fayllarının kompüterdən silinməsi haqqında təfərrüatlı məlumatları aşağıdakı linklərə keçərək əldə etmək olar: www.aboutcookies.org, www.allaboutcookies.org или https://cookiepedia.co.uk/.

Son nəşr tarixi:

17 mart 2021-ci il.