Breadcrumb

Santen ilə tərəfdaşlıq

Uzun-müddətli anlamlı tərəfdaşlıqların yaradılması

Santen ilə nəyə görə tərəfdaş olmalı

Uzun-müddəti anlamlı tərəfdaşlıqlar Santen üçün önəmlidir. Orta miqyaslı əczaçılıq şirkəti olaraq biz, innovativ tərəfdaş şirkətlərinin, tədqiqat institutları və akademiyalarının təcrübəsindən faydalanmaq üçün əməkdaşlıq çərçivəsində və səmərəli işləyirik. Bu, elmi tədqiqatların sürət və dərinliyini artırmağa və xəstələrə müalicəyə daha tez çatmaq imkanını verməyə kömək edir.

Xəstələrin ehtiyacları və müştəri məmnuniyyəti bizim hər bir işimizdə hərəkətverici qüvvəmizdir. Çevik və sahibkarlıq yanaşmamızdan irəli gələrək həll edilməmiş tibbi problemlərin həlli üçün məhsul adaptasiyalarından başlayaraq müalicələrin  elmi kəşfinin həyata keçirilməsinədək  bütün mərhələlərdə göz sağlamlığı və  görmə qabiliyyətini bacardığımız qədər yaxşılaşdırmağa çalışırıq. 

Biz, səhiyyə iqtisadiyyatında ödəyicinin və xəstənin əlverişliliyə olan ehtiyacını anlayırıq və bunu xəstələrə daha da çox fayda vermək üçün yeniliklər yaratmaq istəyimizlə tarazlaşdırırıq. 

Tam inteqrasiya edilmiş, dünya miqyaslı şirkət olaraq dünya səviyyəli elmi tədqiqat mərkəzlərimiz, istehsal sahələrimiz, eləcə də satış və marketinq əməliyyatlarımız tərəfdaşlığımızın hər bir iştirakçısına uğur vermək üçün innovativ məhsullar təqdim etməyə imkan verir.