İstifadə şərtləri
BU SAYTDAN İSTİFADƏ ETMƏDƏN ƏVVƏL BU İSTİFADƏ ŞƏRTLƏRİNİ DİQQƏTLƏ OXUYUN
Giriş
Bu saytın sahibi və administratoru (www.santen.az) Azərbaycanda yerli Nümayəndəlik Ofisi, Santen Oy şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən "Santen Oy”-dur (burada və bundan sonra — "Santen"). Bu vebsayt istifadəçilərə (burada və bundan sonra - "siz" və ya "istifadəçilər") "Santen" şirkətinin fəaliyyəti haqqında ümumi məlumatı (daha ətraflı məlumat üçün aşağı bax), istifadə şərtləri (bax: növbəti bənd), eləcə də qüvvədə olan qanunlarda və normativ aktlarda nəzərdə tutulmuş digər məlumatları təqdim etmək üçün nəzərdə tutulub.
Bu saytdan istifadə qaydası bu istifadə şərtləri ilə (burada və bundan sonra - "Şərtlər"), eləcə də "Santen" şirkətinin saytının Məxfiliyə riayət siyasəti ilə tənzimlənir. Bu sayta daxil olarkən və ya ondan başqa qaydada istifadə edərkən siz bu Şərtləri (aşağı verilib) oxuduğunuzu və bu saytdan istifadənin bu Şərtlərlə (aşağı verilib) tənzimləndiyi faktını öyrəndiyinizi, eləcə də yaşınızın 18-dən aşağı olmadığını təsdiq edirsiniz.
"Santen" şirkəti qabaqcadan xəbərdarlıq etmədən bu Şərtlərə istənilən vaxt dəyişiklik etmək hüququnu özündə saxlayır. Bu cür dəyişikliklər bu saytda dərc edildikdən dərhal sonra qüvvəyə minir. Dəyişikliklər qüvvəyə mindikdən sonra sayta ziyarətin davam etdirilməsi və ya bu saytdan istifadənin digər növləri sizin Şərtlərə edilmiş dəyişikliklərə son razılığınızı ifadə edir.
Lisenziya və istifadə sahəsi
Bu sayt, eləcə də onun tərtibatı və interfeysi, həmçinin onun bütün kontenti, habelə mətn, təsvir, qrafika, video fayllar müəlliflik hüququ, ticarət nişanları haqqında qüvvədə olan qanunvericiliklə və dünyanın istənilən ölkəsində qüvvədə olan digər qanun və sazişlərlə qorunur. "Santen" şirkəti bu cür kontentin sahibidir və ya ondan istifadəyə dair lisenziyası var. Bütün hüquqlar qorunur.
Bu saytın tərkibindəki heç nə "Santen" şirkətinin və ya istənilən üçüncü tərəfin hər-hansı patenti, ticarət nişanı, müəlliflik hüququ və ya əqli mülkiyyət çərçivəsində digər lisenziyanın və ya digər hüquqların təqdim edilməsi kimi başa düşülə bilməz. "Santen" şirkəti qabaqcadan xəbərdarlıq etmədən hər hansı səbəbdən bu saytdan istifadənizi dayandırmaq, dəyişdirmək və ya məhdudlaşdırmaq hüququna malikdir.
Bu saytın kontentini "Santen" şirkətinin qabaqcadan verilmiş razılığı olmadan kopyalamaq, yükləmək, dəyişdirmək, yaymaq, üçüncü şəxslərə şəxsi qeyri-kommersiya məqsədlərindən başqa məqsədlərlə təqdim etmək qadağandır.
Başqa cür qeyd edilmədikdə bu saytdakı bütün əmtəə nişanları əmtəə nişanları haqqında qanunvericiliklə qorunur. Bu saytda "Santen" şirkətinə məxsus qarşıya çıxan malların adları, loqotiplər, tərtibat, sloqanlar və firma üslubu qeydiyyatdan keçmiş ticarət nişanları, xidmət nişanları, ticarət adları və ya icra variantlarıdır və qüvvədə olan qanunvericiliklə qorunur. Bu səbəbdən bu hüquqları pozan istənilən hərəkətlər tam qadağandır.
Digər şirkətlərin bu saytda yerləşdirilən malları və xidmətlərinin adları üçüncü tərəflərə məxsus əmtəə nişanları və ya xidmət nişanları ola bilər.
Məsuliyyətin məhdudlaşdırılması və məsuliyyətdən imtina
BU SAYT VƏ BURADA YERLƏŞƏN MƏLUMAT HƏR HANSI AŞKAR VƏ YA NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏR OLMADAN "OLDUĞU KİMİ" ŞƏRTLƏR ƏSASINDA TƏQDİM EDİLİR. BU SAYTDA YERLƏŞDİRİLƏN MƏLUMATIN AKTUALLIĞI, DƏQİQLİYİ VƏ YA TAMLIĞINA ZƏMANƏT VERMİRİK. SİZ HƏR HANSI QƏRARLARIN QƏBUL EDİLMƏSİ VƏ YA HƏR HANSI HƏRƏKƏTLƏRİN YERİNƏ YETİRİLMƏSİ ZAMANI ONA ETİBAR ETMƏMƏLİSİNİZ. BUNUNLA BİZ BU SAYTDA YERLƏŞDİRİLMİŞ MƏLUMATIN ARAMSIZ TƏQDİM EDİLMƏSİ, ELƏCƏ DƏ BURADA VİRUSLARIN, QURD-PROQRAMLARIN, "TROYA ATI" TİPLİ PROQRAMLARIN VƏ DİGƏR ZƏRƏRLİ KODLARIN OLMADIĞI İLƏ ƏLAQƏDAR İSTƏNİLƏN NÖV MƏSULİYYƏTDƏN İMTİNA EDİRİK
"Santen" şirkəti bu saytın kontentinin dəqiqliyi, tamlığı və aktuallığının təmin edilməsi üçün mümkün olan hər şey edir. Buna baxmayaraq "Santen" şirkəti məlumatın dəqiqliyi, tamlığı və ya aktuallığı ilə əlaqədar istənilən zəmanətlər və ya təminatlardan imtina edir.
Bundan əlavə "Santen" şirkəti qabaqcadan xəbərdarlıq etmədən bu saytın işinə fasilə verilməsi və ya dayandırılması hüququnu özündə saxlayır. Bu halda "Santen" şirkəti bununla bağlı istənilən zərər və itkilərə görə məsuliyyət daşımır.
Siz məlumatdan istənilən məqsədlərlə istifadə etmədən əvvəl bütün məlumatı müstəqil olaraq yoxlamalısınız. Siz bu saytdan və onun kontentindən istifadəyə görə fərdi məsuliyyət daşıyırsınız. Siz, kompüter viruslarına, qurd-proqramlarına və s. yoluxmanın qarşısının alınması üçün özünüz tədbir görməlisiniz. "Santen" şirkəti istənilən bu cür zərərli kodların vurduğu zərərə görə məsuliyyət daşımır.
"Santen" şirkəti bu saytda yerləşdirilmiş məlumatdan istifadə və ya saytın özündən istifadə nəticəsində dəyən zərərə görə məsuliyyət daşımır.
Tibbi və ya peşəkar xidmətlərin göstərilməsilə bağlı tövsiyələrə görə məsuliyyətdən imtina
Bu saytda "Santen" şirkətinin tibbi malları və xidmətləri haqqında ümumi məlumat yerləşdirilib. Bu məlumatın məqsədi istifadəçinin məlumatlılıq səviyyəsini artırmaq və müvafiq xəstəliklər haqqında elmi və elmi-populyar məlumatın təqdim edilməsidir. Bu saytda yerləşdirilmiş məlumat tibbi nəticə və ya tibbi tövsiyə deyil və hesab edilə bilməz, istənilən konkret tibbi problemlər və ya faktiki şəraitlər üzrə tibbi nəticələri və ya tibbi tövsiyələri əvəz etmir. Müalicə tələb edən xəstəlik olduqda bu saytın istifadəçilərinə tibbi yardım üçün dərhal müalicə edən həkimə müraciət etmək tövsiyə edilir.
İstifadəçilərdən alınan məlumat
"Santen" şirkəti elektron poçtla və ya bu saytdakı formalardan istifadə etməklə göndərilən suallara və sorğulara cavab vermək öhdəliyi daşımır. Qanunla və ya Məxfiliyə riayət siyasəti, mizlə başqa cür nəzərdə tutulmadıqda, bu saytın köməyilə elektron poçtla və ya başqa şəkildə yerləşdirdiyiniz istənilən ismarış və materiallar, eləcə də istənilən məlumatlar, suallar, şərhlər, təkliflər və s.məxfi məlumat deyil və hesab edilmir və mülkiyyət hüququ ilə qorunmur.
Məxfilik
Bu saytın topladığı şəxsiyyəti müəyyən edən fərdi məlumatlar Məxfiliyə riayət siyasəti mizə, eləcə də bu Şərtlərin bir hissəsini təşkil edən "Cookie" fayllarından istifadə siyasəti uyğun olaraq göndərmə yoluyla emal edilir və istifadə olunur. Məxfiliyə riayət prosedurlarımız haqqında ətraflı məlumatı aşağıdakı elektron poçtla almaq olar: privacy-emea@santen.com.
Bizimlə yazılı formada başqa cür razılaşdırılmadıqda biz əməkdaşlarımız və (və ya) üçüncü şəxslər haqqında sizə təqdim edilən istənilən fərdi məlumatdan müstəsna olaraq bu məlumatın sizə təqdim edildiyi məqsədlərlə, eləcə də məlumatların qorunması haqqında qüvvədə olan qanunvericiliyə və normativ aktlara uyğun olaraq istifadə etməyinizi tələb edirik.
Vakant vəzifələr
Biz hər zaman "Santen" şirkətində işləmək marağını məmnuniyyətlə qarşılayırıq. Əməkdaşların işə düzəldilməsi və ya işə götürülməsi zamanı "Santen" şirkəti irqə, dəri rənginə, dinə, mövcud olan imkan məhdudiyyətlərinə, milliyyətə, yaşa, cinsə və federal dövlət və ya yerli qanunvericiliklə qorunan istənilən digər xüsusiyyətlərə görə görə ayrı-seçkiliyə yol vermir. Başa düşülməlidir ki, rezüme göndərmək xahişi və ya bu saytda yerləşdirilmiş vakant vəzifəyə qarşı marağın nümayişi sizinlə "Santen" şirkəti arasında əmək müqaviləsinin bağlanması və ya hər-hansı digər üstünlüklərin verilməsi hüququ demək deyil və hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, "Santen" şirkətinin ünvanına işə düzəlmə ilə əlaqədar göndərilmiş istənilən sorğularınız öz özünə işə qəbul haqqında bəyanat hesab edilə bilməz və "Santen" şirkəti onlara cavab vermək məcburiyyətində deyil. "Santen" şirkəti sizin işə götürülmənizlə maraqlanarsa sorğunuza cavab olaraq sizinlə əlaqə saxlayacağıq.
"Santen" şirkətində mövcud olan vakansiyalarla Vakansiya səhifəsində. tanış ola bilərsiniz. Sizin işə düzəlmə və işə götürülmə imkanlarınızın öyrənilməsi məqsədilə "Santen" şirkəti tərəfindən sizin fərdi məlumatlarınızın toplanılma və emal qaydası haqqında məlumat Kadr siyasəti səhifəsində yerləşir.
Kənar saytlar və linklər
Sizin rahatlığınız üçün biz kənar saytlara linklər yerləşdirə bilərik. Bu linklər "Santen" şirkətitərəfindən başqa malların və ya xidmətlərin, eləcə də bu cür kənar saytların kontentinin tövsiyə edildiyini göstərmir. Diqqətinizə çatdırmaq istərdik ki, "Santen" şirkəti bu cür kənar saytların kontentinə , eləcə də onlardan istifadə nəticəsində yarana biləcək istənilən zərər və ya itkilərə görə cavabdeh deyil. Bu saytda yerləşdirilmiş linklərlə istənilən saytlara keçid sizin şəxsi məsuliyyətinizdir.
Bundan əlavə istənilən digər saytda bu sayta linki yerləşdirməyiniz və bu saytdan bu şərtlərdə nəzərdə tutulmamış məqsədlərlə istifadə etməyiniz tələb olunarsa qabaqcadan "Santen" şirkətinin yazılı icazəsini almalısınız. Nəzərinizə çatdırmaq istərdik ki, "Santen" şirkəti "Santen" şirkətinin saytına linklərin yerləşdirildiyi və bu saytın istifadə edildiyi hər hansı saytın kontentinə görə cavabdeh deyil.
Sosial şəbəkələr
İnformasiya məlumatlarında, maliyyə hesabatlarında və bu saytda yerləşdirilən istənilən digər məlumatda "Santen" şirkətinin rəsmi qaydaları və mövqeyi əks etdirilir. "Santen" şirkətinin sosial şəbəkələrdə akkauntları var (məs. LinkedIn, Twitter) və onlardan öz son xəbərləri və tədbirləri haqqında xəbər yerləşdirmək, eləcə də kənar auditoriyanı işə düzəlmə imkanları haqqında məlumatlandırmaq üçün istifadə edir. Bunula belə "Santen" şirkətinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə və digər analoji resurslarda yerləşdirilən məlumat "Santen" şirkətinin qaydalarını və ya mövqeyini əks etdirmir.
Biz çalışırıq ki, bizim korporativ kommunikasiyamız fəlsəfəmizə, eləcə də qüvvədə olan ətbiq edilən etik, hüquqi və normativ standartlara uyğun olsun və bu səbəbdən "Santen" şirkətinin sosial şəbəkələrdəki akkauntlarından istifadə qaydasını tənzimləyən bir sıra əsas prinsip işləyib- hazırlamışıq. Daha ətraflı məlumat yRəsmi akkauntlardan sosial şəbəkələrdə istifadənin ümumi şərtləri ndə verilib.
Tətbiq edilən qanun, yurisdiksiya və müddəaların müstəqilliyi
Bu şərtlər Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir və şərh edilir. Bu Şərtlərlə və ya saytla əlaqədar istənilən ziddiyyətlər Azərbaycan Respublikasının məhkəmələrinin yurisdiksiyasına əsasən həll edilməlidirr.
"Santen" şirkəti saytda yerləşdirilən məlumatın digər regionlarda əlçatanlığı və ya tətbiqinin mümkünlüyünə zəmanət vermir. Kontenti qeyri-qanuni hesab edilə regionlarda "Santen" şirkətinin saytına giriş qadağandır. "Santen" şirkətinin saytına Azərbaycandan başqa digər regionlar və ya ölkələrdən daxil olan ziyarətçilər bunu öz təşəbbüsü ilə edir və qüvvədə olan yerli qanunvericiliyə əməl etməyə görə məsuliyyət daşıyır.
Müvafiq yurisdiksiyalı məhkəmə tərəfindən bu Şərtlərin hər hansı müddəası qanuni və ya iddia qüvvəsini itirmiş hesab edilərsə, bu Şərtlərin qalan müddəaları hüquqi qüvvə və təsirini qoruyur. Bu halda "Santen" şirkəti bu Şərtlərin hüquqi və iddia qüvvəsi olmayan istənilən bu cür müddəasını əvəz edilən müddəa ilə müəyyən edilən kommersiya və digər məqsədlərə maksimal olaraq nail olmağa imkan verən, hüquqi və iddia qüvvəsi olan müddəa ilə əvəz etmək hüququna malikdir.
Məsuliyyət və pozuntular
Siz bu saytdan istifadəyə və ya bu sayta daxil olmağa, eləcə də "Santen" şirkətinin və ya digər müəlliflərin bu saytda yerləşən istənilən sənədlərinə daxil olmağa görə məsuliyyəti öz üzərinizə götürürsünüz. Siz "Santen" şirkətinə qarşı istənilən irad və ya iddialarınızdan imtina edirsiniz.
Bundan əlavə, bununla siz bu saytdan aşağıdakı məqsədlərlə istifadə etməməyi öhdəliyinizə götürürsünüz:
(a) qanunsuz, zərərli, özümdə təhdid daşıyan, təhqiredici, bezdirici, əxlaqsız, pisləyən, ədəbsiz, nalayiq, böhtan, başqasının şəxsi həyat hüququnu pozan, nifrət oyadan, irqçi, etnik qruplara qarşı dözümsüz və ya digər xoşagəlməz kontentin yüklənməsi, yerləşdirilməsi, elektron poçtla göndərilməsi və ya ötürülməsi;
(b) başqa şəxslərin fərdi məlumatlarının həmin şəxslərin yazılı razılığı olmadan yüklənməsi, yerləşdirilməsi, elektron poçtla göndərilməsi və ya başqa yolla ötürülməsi;
(c) istənilən şəxsin hər hansı patent və ya müəlliflik hüquqlarını, əmtəə nişanları üzərində hüquqları, kommersiya sirrini və ya digər mülkiyyət hüquqlarını pozan istənilən kontentin yüklənməsi, yerləşdirilməsi, elektron poçtla göndərilməsi və ya başqa yolla ötürülməsi;
(d) saytdan istifadə etdiyiniz zaman istənilən qüvvədə olan qanunun və ya normativ aktın, eləcə də istənilən fond birjalarının təlimatlarının pozulması; və ya
(e) digər istifadəçilərin fərdi məlumatlarının toplanılması və ya saxlanılması.
Siz təsdiq edir və qəbul edirsiniz ki, hərəkətlərinizin qanunsuz, aqresiv və ya bu Şərtlərin mahiyyəti və istənilən müddəasına zidd hesab edildiyi halda, sizin sayta daxil olmanızdan imtina edilə bilər. Bundan əlavə biz, yersiz, qanunsuz və ya dəyər və etnik normalarımıza zidd hesab etdiyimiz istənilən materialları silmək hüququnu özümüzdə saxlayırıq.
Yersiz kontenti aşkar etdiyinizdə sizdən bizimlə aşağıdakı ünvan vasitəsilə dərhal əlaqə saxlamağınızı xahiş edirik: admin.geneva@santen.com.
Əlaqə məlumatı
Bu Şərtlərlə əlaqədar suallarınız varsa, bizimlə aşağıdakı ünvan vasitəsilə əlaqə saxlayın: admin.geneva@santen.com.
Son yenilənmənin tarixi: 17 mart 2021-ci il.