Breadcrumb

  1. Bizim baxışımız
  2. Məsuliyyət

Məsuliyyət

Etika tələblərinə cavab verən fəaliyyət 

Biz xəstələrin tibbi ehtiyaclarını davamlı olaraq nəzərdən keçiririk və məhsullarımızı məhz buna görə inkişaf etdiririk.  Ən son elmi-tədqiqat nailiyyətlərindən istifadə etməklə özümüzü onların gündəlik oftalmoloji tibbi ehtiyaclarını tam anlamaq üçün yerli icmalarla etibarlı münasibətlər qururuq. Xəstələrin ehtiyaclarını ödəmək üçün davamlı müalicəni təmin etmək məqsədilə əlimizdən gələni edirik.

Biz, bütün işgüzar fəaliyyətlərimizdə insan hüquqlarına hörmət edirik və qərəzsiz cəmiyyətin qurulmasına töhfə verməyə çalışırıq. BMT-nin Qlobal Müqaviləsində (UNCG) üzvlüyümüz vasitəsilə insan hüquqları, əmək, ətraf mühit və korrupsiya əleyhinə siyasətlərin  10 əsas prinsipini tətbiq edirik. Buraya müştərilərimizə təhlükəsiz və rahat iş şəraitinin yaradılması və təklif edilməsi üçün ən yaxşı imkanların verilməsi daxildir. Biz, iş tərəfdaşlarımızla fəaliyyətdə ədalətli təcrübənin ən yüksək peşəkar standartlarını təmin etməyə və bu təcrübələrdən kənara çıxma hallarını minimuma endirmək üçün çalışırıq. 

Ətraf mühitin qorunması bizim üçün önəmlidir. Qlobal istiləşməyə qarşı tədbirlər, kimyəvi vasitələrdən istifadənin idarə edilməsi, tullantıların azaldılması və biomüxtəlifliyin qorunması istiqamətində işləyərək ətraf mühitə mənfi təsirimizi azaldırıq.

Xeyriyyəçilik və korporativ ianələr

Dünya səviyyəsində dəstəklədiklərimiz: 

  • Beynəlxalq Oftalmologiya Şurası (BOŞ) Fondunun inkişaf edən ölkələrdə göz həkimləri üçün iş yerində keçirilən „müəllimlərin öyrədilməsi“ təlimi

  • Qlaukomanın Elmi Tədqiqatı Fondu, Avropa Qlaukoma Cəmiyyəti (sakinlər üçün təlim kursu) və Almaniya Oftalmologiya Cəmiyyətinin Göz Fondu (Stiftung Auge) (xəstələrin sağlamlığını yaxşılaşdırmaq üçün bir neçə proqram

  • göz sağlamlığını yaxşılaşdırmaq və korluğun qarşısını almaq üçün inkişaf edən ölkələrdə işləyən „Helen Keller International“ təşkilatı da daxil olmaqla digər təşkilatları

  • universitetlər, akademik cəmiyyətlər və peşəkar tədqiqat qrupları da daxil olmaqla Qvatemalanın elmi tədqiqat institutlarında işləyən qeyri-kommersiya tibbi yardım təşkilatı Help İnternational, eləcə də Qlaukomanın Elmi Tədqiqatı Cəmiyyəti kimi qeyri-kommersiya təşkilatları

  • görmə əlilliyi olan insanlar üçün buynuz qişanın transplantasiyası proqramları, bələdçi itlərin təlim proqramları,  dəstək qrupları

  • görmə əlilliyi olan insanlar üçün idman proqramları, eləcə də NPO Yaponiyanın Korlar üçün Futbol Assosiasiyası və Polşanın Korlar üçün Tennis Assosiasiyası ilə tərəfdaşlıq

  • Dünya Qlaukoma Assosiasiyasının və Dünya Qlaukoma Xəstələri Assosiasiyasının vasitəsilə qlaukomanın aşkar edilməsi üçün maarifləndirmə fəaliyyətləri

  • İtaliyada baş vermiş zəlzələdə zərər çəkmiş insanlar da daxil olmaqla icmalarda təbii fəlakətlər zamanı əhaliyə yardım, 2018-ci il ərzində Santen  “10 000 saat” könüllülük proqramı vasitəsilə „OneDollarGlasses“i (bir dollarlıq eynək) dəstəkləyib