Breadcrumb

  1. Bizim baxışımız
  2. Santen haqqında

Santen haqqında

Santen Pharmaceutical şirkəti  dünyanın  öndə gedən ixtisaslı oftalmoloji əczaçılıq şirkətlərindən biridir, bir əsrdən çox əvvəl Yaponiyada təsis edilib və hazırda bütün dünyada xəstələrə xidmət edir. Biz Yaponiyada oftalmologiya bazarının lideriyik. 1994-cü ildən etibarən Avropa bazarının fəal iştirakçısıyıq və EMEA (Avropa, Orta Şərq, Afrikaa) regionunda və bütün dünyada sürətlə inkişaf edirik. Məqsədimiz göz sağlamlığını və görmə qabiliyyətini yaxşılaşdırmaq və fayda  göstərən müalicənin xəstələr və səhiyyə sistemləri üçün əlçatan etməkdir.
Yeganə diqqət mərkəzimizin oftalmologiya olduğunu nəzərə alsaq dərin bilik və geniş təcrübəyə malik olduğumuz bu sahəni qiymətləndirə, yaranan məsələlərə doğru cavab tapa və cəld hərəkət edə bilirik. 

Əlimizdə olan bilik və təcrübə ilə güclü və səmərəli kommersiya təşkilatını dəstəkləmək, xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün böyük və unikal imkana malikik. Əhali yaşlandıqca qlaukoma və tor qişası problemləri olan xəstələrin sayı da artır. 
 
Texnologiyaların təkmilləşməsi ilə yaranan yeni müalicə və diaqnostika metodları ilə bərabər oftalmoloji əczaçılıq bazarı sürətlə inkişaf edir. Göz xəstəliklərindən əziyyət çəkənlərin bir çox önəmli ödənilməmiş ehtiyaclar mövcuddur. 

Reseptlə buraxılan oftalmoloji dərmanlar fəaliyyətimizin əsasını təşkil edir və bütün dünya üzrə xalis satışlarımızın 80%-dən çox hissəsini təşkil edir. Biz həmçinin reseptsiz buraxılan göz dərmanlarını və tibbi avadanlıqları, eləcə də göz sağlamlığı üçün qidalandırıcı məhsullar da təchiz edirik. 
EMEA regionunda qlaukoma və „quru göz“ sindromunun hər mərhələsi və növünü  əhatə edən portfelə sahib olduğumuza görə  bu xəstəliklərin müalicəsində lider mövqeyindəyik. 
Biz həmçinin göz infeksiyaları, allergiyalar və görmə qabiliyyətinin düzəldilməsi və qlaukomanın cərrahiyyəsi sahələrində də fəaliyyətimizi genişləndiririk.